Moskvada azərbaycanlı sahibkarı oğurlayan həmvətənlərimiz tutuldu
Moskvada Azərbaycan vətəndaşı olan sahibkarın oğurlanmasında şübhəli bilinən üç azərbaycanlı saxlanılıb. APA-nın Rusiya DİN-in Mərkəz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, hadisə oktyabrın 21-də qeydə alınıb.
Sahibkarı güc tətbiq edərək tapança ilə hədələyən cinayətkarlar onu Kuzminsk meşə parkına aparıblar və orada sağ qalması üçün 3 mln. rubl (təxminən 100 min dollar) tələb ediblər. Girov bu məbləği toplamaq üçün azadlığa buraxılıb və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvada qanunsuz yaşayan üç azərbaycanlı həbs edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50