İctimai Palatanın (İP) fəaliyyətinin dayandırlamasına dair qərar yaxın günlərdə elan olunacaq.

İP Koordinasiya Şurasındakı (KŞ) mənbənin AzNews.az-a verdiyi məlumata görə, bununla bağlı ilkin razılaşma ötən iclas dövründə əldə olunub. İP KŞ-nın üzvləri də bu məsələyə ciddi etiraz etməyiblər.

Lakin belə bir şərt irəli sürülüb ki, İP-in fəaliyyətinə xitam verilməzdən öncə Demokratik Qüvvələrin Milli Şurasının statusu, gələcək fəaliyyət istiqamətləri və strukturuna tam aydınlıq gətirilsin.

Məlumatda o da bildirilib ki, İP-də təmsil olunan iri partiya sədrləri Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AXP sədri Pənah Hüseyn və vətəndaş cəmiyyəti qurumlarını təmsil edən şəxslər də bu təkliflə razılaşıblar:

"Milli Şuranın fəaliyyəti ilə bağlı bütün məqamlar müzakirə olunaraq, qəbul edildikdən sonra, İctimai Palatanın fəaliyyətinə xitam verilməsi məsələsi tam şəkildə reallaşdırıla biləcək. Koordinasiya Şurasının növbəti iclasında bu məsələ müzakirə olunacaq”.