Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin Yeqor Şerbakovu öldürməkdə təqsirləndirilən Orxan Zeynalovla bağlı açıqlama verib. 

ANS PRESS-in "Komsomolskaya pravda”ya istinadən verdiyi məlumata görə, ombudsman bildirib ki, Orxan Zeynalovun saxlanılması zamanı ona qarşı qəddar rəftar heç bir qanuna uyğun deyil:

"Orxan Zeynalova qarşı qəddarlıq qanunsuzdur. O, əməliyyatçılara heç bir müqavimət göstərməyib. Bu, daxili işlər orqanlarının səhvidir. Hazırda onunla bağlı istintaq aparılır və ona qarşı heç bir zorakılıq tətbiq edilmir”.