Moskvada keçiriləcək "Kainat gözəli-2013” yarışmasında ölkəmizi təmsil edəcək Aysel Manafovanın azərbaycanlı iş adamı Araz Ağalarovla fotosu yayılıb.
Azərbaycanı ilk dəfə "Kainat gözəli-2013” gözəllik müsabiqəsində təmsil edəcək A.Manafovanın A.Ağalarovla birgə fotosu iş adamının rəsmi İnstagram səhifəsində paylaşılıb.
Xatırladaq ki, Aysel Manafova "Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibidir.
Moskvada Ağalarova məxsus "Krokus Siti Holl”da baş tutacaq müsabiqənin yarımfinal mərhələsi noyabrn 5-də, final mərhələsi isə noyabrın 9-da keçiriləcək.