Azərbaycan prezidenti İlham Əliyev sabah Türkiyəyə səfərə gedəcək. Prezident Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək İlham Əliyev rəsmi görüşlərlə yanaşı, iqtisadi əməkdaşlıq məsələlərinin genişləndiriliməsi ilə bağlı müzakirələr aparacaq.

Daha sonra prezident İlham Əliyev İstanbulun Asiya və Avropa hissələrini birləşdirəcək Mərmərə dəmiryol tunelinin açılışında iştriak edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyəninn Azərbaycanda səfiri İsmayıl Alper Çoşkun Azərbaycan prezidentinin ilk xarici səfərinin Türkiyəyə edəcəyini açıqlamışdı.

Modern.az