İclas zamanı Gülər Əhmədovanın səhhəti pisləşib. Buna görə də məhkəmənin gedişatına yarım saatlıq fasilə verilib. Bu gün Gülər Əhmədova prokurorun suallarını cavablandırmalıdır. Onun vəkili Əfsər Talıbov bildirib ki, müvəkkilinin səhhəti pisləşdiyindən sualları cavablandıra bilmir.
***
Xatırladaq ki, bir müddət əvvəl həbsdə olan sabiq deputatın həbsxanada ibadətə başlaması barədə məlumatlar yayılmışdı. Gülər Əhmədovanın məhkəməyə geyindiyi libas da bunu təsdiq edib.



