“Koronavirusa qarşı epidemioloji mübarizənin vacib təkibindən biri kütləviliyin qarşısının alınmasıdır”.
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, toy və yas mərasimlərində 100-200 və daha çox insanın cəmləşməsi və yaxın təmasları olur: "Bunun güclü epidemioloji əsasları var, ona görə də toyların keçirilməsinə icazə verilmir".