Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.
Mia.az xəbər verir ki, sessiyada cari məsələyə - Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılmasına da baxılıb.
Ali Məclisin Sədri deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib.
Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.