Məlum olduğu kimi, sosial şəbəkələrdə deputat Qənirə Paşayevanın zədəli qolu haqqında yalana əl atdığını iddia edən fotolar paylaşılır. Orada deputatın sağö, yoxsa sol əlinin zədələndiyi müzakirə edilir.
Mia.az xəbər verir ki, bu gün Q.Paşayevanın rəsmi “Facebook” səhifəsində köməkçisinin adı ilə həmin iddialar belə cavablandırılıb:
“Jurnalist Arifə xanımın çəkdiyi selfi fotonu normal çəkilmiş foto ilə “fotoşop” edib yayanlar, çox miskin görünürsünüz. Çünki normal insanlar “fotoşop”un, “güzgü effekti”nin nə olduğunu anlayır. Qənirə xanım heç özü sizə cavab verməyə razı olmadı. Amma biz bunu özümüzə borc bildik.
Bu arada, neçə gündür Qənirə xanımın müalicəsi üçün dəstək olan bütün həkimlərimizə təşəkkür edirik”.
