Hacıbala Abutalıbov Milli Şuranın mitinq müraciətinə hansı cavabı verəcək? - açıqlama
Bakı meriyası Milli Şuraya cavab hazırlayır. İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Hafta.az-a açıqlamasında bildirib ki, Milli Şuranın oktyabrın 27-də mitinq keçirmək üçün müraciət məktubu quruma daxil olub: "Hələ ki, cavab verilməyib. Məktuba baxılır. Cavab hazır olan kimi təşkilatçılarla əlaqə saxlanılıb məlumat veriləcək”.
Qeyd edək ki, Milli Şura oktyabrın 27-də Yasamal rayonu ərazisində yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda aksiya keçirmək üçün Bakı meriyasına müraciət ünvanlayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51