Oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Bu sərəncamla Nazirlər Kabineti hələ tam tərkibdə formalaşdırılmayıb.
Bu isə o deməkdir ki, oktyabrın 23-də və ya önümüzdəki günlərdə ölkə başçısının Nazirlər Kabinetinin tərkibi ilə bağlı yeni sərəncamları olacaq.
Modern.az-ın məlumatına görə, hazırda Nazirlər Kabinetinin tərkibində daha 6 yer boşdur, başqa sözlə həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər.
Buna görə də prezident tezliklə aşağıdakı vəzifələrə də təyinatlar həyata keçirəcək:
1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınınsədri vəzifəsi - (Məleykə Abbaszadə icra edir);
2. Dövlət Sosial Müdafiə Fondu vəzifəsi – boşdur;
3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (Kamran İmanov icra edir);
4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (Bəhram Xəlilov icra edir);
5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (İnam Kərimov icra edir);
6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (Akim Bədəlov icra edir);
7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (İsgəndər Çəndirli icra edir).