Gəl ki, sabiq FİFA referisi məşqi kənardan seyr etmək əvəzinə ikitərəfli oyun zamanı meydançanın mərkəzinə qədər irəliləyib. Bunu görən "Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak yetirmələrinə "dur” əmri verdikdən sonra Məmmədova yaxınlaşaraq, onu meydandan qovub.
Qeyd edək ki, Xaqani Məmmədov sabah saat 15:00-da başlayacaq "Xəzər Lənkəran” – "Neftçi” matçının hakim-inspektorudur.