Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın işi üzrə keçirilən hazırlıq iclasında Elşad Abdullayevin məhkəməyə ünvanlanmış məktubu elan olunub.
Məktubda E. Abdullayev məhkəmədən zərərçəkmiş kimi tanınması və ona dəyən 1 milyon manat ziyanın ödənilməsinin təmin olunması istənilib. Lakin prokuror bildirib ki, bu məsələlər əsassız olduğu üçün təmin oluna bilməz. G. Əhmədova isə məktuba görə E. Abdullayevin məktubuna maraqlı reaksiya verib:
"Mənə endirim edib, 2 milyondan 1 milyona düşüb. Fransız şərabından içib kefi yaxşı olanda, belə endirimlər edir. Onun fikirləri absurddur. Sizi inandırıram ki, o, bura gəlsə deyəcək ki, pul söhbətini elə-belə atmışdım ortaya görək kim özünü necə aparacaq?”
Qeyd edək ki, məhkəməni aparan hakim Əlisultan Osmanov bildirib ki, Gülər Əhmədova barəsində həbs qətiimkan tədbiri saxlanılaraq prosesə baxış iclası oktyabrın 28-nə saat 10:30-a təyin olunsun.