Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 535 nəfər artaraq 29 820-yə çatıb.
Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.
Eyni zamanda, son bir gündə Ermənistanda 18 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 521-ə yüksəlib.
Qeyd olunub ki, virusa yoluxan 17 427 pasiyent sağalıb. Hazırda 11 708 nəfər infeksiyadan müalicə olunur/Report.