Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan koronavirusa yoluxub.
Bunu iyulun 8-də parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan bildirib.
Onun sözlərinə görə, Q.Balayan komissiyanın bu gün keçirilən iclasında iştirak etməli imiş. Amma nazir müavini COVID-19-a yoluxduğuna görə toplantıya qatılmayıb/Report.