Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuradan istefa verməsi haqda yayılan xəbərləri təkzib edib. Eks-spiker Milli Şuradan getmədiyini facebook-da bildirib: 

"Mənim sizin tanış olduğunuz 52 dəqiqəlik çıxışım seçkilərin hansı səbəbdən uduzulduğuna həsr olunub və siz onunla tanış olmusunuz. Və həmin çıxışda hansı səbəblər çərçivəsində Milli Şuranı tərk edəcəyimi izah etmişəm. Təəssüf edirəm ki, bəzi informasiya vasitələri bilərəkdən guya mənim Milli Şuranı tərk etdiyimi yazırlar. Cənablar belə deyil. Milli Şura mənim qaldırdığım məsələni müzakirə etməlidir, ondan sonra gedib-getməməkdən söhbət açmaq olar”-deyə R.Quliyev açıqlama verib.