AXCP sədri Əli Kərimlinin 25 gündür həbsdə yatan oğlu Türkel Kərimli saat 01.50-də azadlığa çıxıb. Bu barədə musavat.com-un təcridxananın önündə növbə çəkən müxbiri yazır.  

Türkel Kərimli təcridxana önündə musavat.com-a deyib ki, onun həbsi siyasi sifariş olub: "Əlbəttə, öz fəaliyyətimə görə yox, atamın siyasi fəaliyyətinə görədir bu sifariş. Hesab edirəm ki, həbsim hakimiyyətin yuxarı eşalonunun sifarişi əsasında həyata keçrilib. Elə düşünüblər ki, bu, atamı yolundan çəkindirəcək. Amma o, bunu heç vaxt etməz. Çünki, tutduğu yol haqq, ədalət yoludur. Atamla fəxr edirəm".

Türkel Kərimli onu da deyib ki, 25 günlük həbs cəzası onu təhsildə geri qoyub.

*** 

01.16

AXCP sədri Əli Kərimlinin 25 sutkalıq inzibati həbs cəzası alan oğlu Türkel Kərimli bu gecə saat 02.00-da azadlığa çıxmalıdır. Təcridxananın qarşısındakı əməkdaşımız Məhəmməd Türmənin verdiyi məlumata görə, ora Türkel Kərimlinin 30-a qədər dostu və mübarizə yoldaşları toplaşıblar. Türkel Kərimli ilə birlikdə həbs edilən dostu Ülvi Nuriyev artıq azadlıqdadır. Bu dəqiqələrdə Türkelin özünün də azadlığa çıxacağı gözlənilir:

 


Musavat.com