"Bəhram Bağırzadənin səhhətində ciddi dəyişiklik yoxdur".

Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

Xatırladaq ki, Bəhram Bağırzadə koronavirusa yoluxub və o, iyunun 13-də Mərkəzi Gömrük Hospitalında müalicə olunur.