Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.
Mia.az xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.
Qeyd edək ki, 82 yaşlı Teymur Mustafayev iyunun 11-də koronavirusdan vəfat edib.