Ermənistanda daha 428 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 14 103-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 227-yə çatıb. İndiyədək 5 226 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 573 aktiv koronavirus xəstəsi var/Report.