Ermənistanda daha 195 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 13 325-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 211-ə çatıb. Bildirilib ki, indiyədək 4 099 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 943 aktiv koronavirus xəstəsi var/Report.