Müsavat Partiyasının Gəncə rayon təşkilatının sədri Oqtay Zeynalov polis idarəsinə aparılıb. 

Bu barədə musavat.com-a məlumat verən Müsavat Partiyasinin region üzrə koordinatoru Cahangir Əmirxanlı bildirib ki, Oqtay Zeynalov bu gün saat 17 radələrində heç bir səbəb göstərilmədən polis idarəsinə aparılıb. O.Zeynalovun 3 saatdan çoxdur ki dindirildiyini qeyd edən Cahangir Əmirxanlı, buna səbəb Milli Şuranın sabahki mitinqinə Gəncədən gələn müsavatçıların qarşısını almaqdır deyə bildirib.