Qaradərili Corc Floydun polis tərəfindən öldürməsindən sonra ABŞ-da başlayan kütləvi etiraz aksiyalarında iştirak edən məşhur Hollivud ulduzu Con Kyusak döyülüb.
Yenisabah.az xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, Çikaqoda keçirilən aksiyada polis tərəfindən döyülüb. Aksiyalar zamanı yanan avtomobili telefonu ilə çəkən aktyora polislər hücum edib:
“Onlar dəyənəklə mənə hücum etdilər, velosipedimi təpiklədilər. Buna etiraz etdikdə isə qollarımı buraraq, meydandan sürüyüb, kənara atdılar”.
Aktyor daha sonra polis tərəfindən saxlanılıb, bir qədər dindirildikdən sona isə azad edilib.