ATƏT-in Mətbuat konfransında dava düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən tədbirdə iştirak edən jurnalistlər deyib. Onlar bildiriblər ki, tədbiri izləməyə gələn bəzi yerli jurnalistlər və təşkilarlar ATƏT-in bəyanatına etiraz ediblər. Onlar bu faktların saxta olduğunu bildiriblər.
ATƏT təmsilçiləri isə mətbuat konfransını yarımçıq saxlayaraq gediblər. Artıq mübahisə edən jurnalistlərin adları da açıqlanıb. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "Yeni Azərbaycan"ın baş redaktoru Hikmət Babaoğlu olub.
Qeyd edək ki, ATƏT müşahidəçiləri seçkini pis və ya çox pis qiymətləndirib: "Səsvermənin 12 faizi düzgün olmayıb. Kopenhagen aktına zidd olaraq məntəqələrin 58 faizində pozuntu olub”.