"Mənə elə gəlir ki, İlham Əliyevin mənim təbrikimə ehtiyacı yoxdur”. 


 Mia.az xəbər verir ki, bunu AzNews.az-a Demokrat Partiyasının sədri, prezidentliyə sabiq namizəd Sərdar Cəlaloğlu deyib. 

O, ümumi nəticəni müsbət qiymətləndirdiyini deyib: "Budəfəki seçkiləri əvvəlkilərlə müqayisə etsək, hansısa irəliləyişin olduğunu deyə bilmərəm. Amma bu seçkinin Azərbaycanda qan tökmədən, qarşıdurma olmadan, təxribatlar törədilmədən başa çatmasını müsbət qiymətləndirirəm”.