Türkiyə prezidenti Abdullah Gül İlham Əliyevi təbrik edib. Bu gün Azərbaycanda baş tutan prezident seçkilərindən sonra Gül Əliyevə zəng vurub. O, seçki nəticələrinə görə həmkarını təbrik edib.

Prezident İlham Əliyev də Gülün təbrik zəngindən məmnun olduğunu ifadə edərək ilk xarici səfərini də yaxın zamanlarda Türkiyəyə edəcəyini deyib.