"Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir".
Mia.az-ın məlumatına görə, bu, Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada yer alıb.
Bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər: "Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib".
Xatırladaq ki, mayın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayav tutduğu vəzifədən azad edilib.