Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azad və ədalətli
seçkilər uğrunda” Jurnalist Təşkilatları-QHT Koalisiyası "2013-cü il
prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində 15 DSK üzrə
150 məntəqədə apardığı son müşahidə faktları açıqlayıb.
Mia.az-a qurumdan daxil olan məlumata görə, axşama doğru seçici fəallığı kifayət qədər yüksək olub:
"Səsvermənin
gizliliyinə riayət edilib. Məntəqələrin bağlanmasına az qalmış seçici
fəallığının nisbətən azaldığı müşahidə olunub.
Səsvermənin gedişində müşahidəçilərə
səslərin sayılmasını müşahidə etmək üçün hər cür şərait yaradılıb. Yerli və
beynəlxalq müşahidəçilərin səsvermə prosesini izləmələrinə hər hansı maneçilik olmayıb.
Məntəqələr bağlanarkən də insident qeydə alınmayıb. Seçki məntəqələri qanunvericiliyə
uyğun şəkildə vaxtında bağlanıb.
"Azad və ədalətli seçkilər
uğrunda” Jurnalist Təşkilatları-QHT Koalisiyasının 9 oktyabr prezident seçkisi
ilə bağlı qənaəti bundan ibarətdir ki, qeydə alınan texniki problemlər ümumən seçki
mühitinə kölgə salmayıb. Seçki azad, demokratik, beynəlxalq standartlara uyğun
keçirilib, şəffaflıq təmin olunub".