Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə "Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları-QHT
Koalisiyası "2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi
çərçivəsində 15 DSK üzrə 150 məntəqə üzrə saat
17.00-a olan ikinci hesabatı yayılıb.
Koalisiya müşahidəçilərindən
saat 17.00-a daxil olan məlumatlara görə, seçici fəallığı kifayət qədər yüksək
olub. Səsvermənini gizliliyinə riayət olunur.
Mia.az xəbər verir ki, seçki məntəqələrində
səsvermənin müşahidəsi, KİV nümayəndələrinin səsverməninin gedişini
işıqlandırmaları ilə bağlı hər hansı problem qeydə alınmayıb:
«Ümumən ciddi
narahatçılıq doğuran qanun pozuntularına rast gəlinməyib. Koalisiyanın müşahidəçiləri bir sıra
məntəqələrdə seçicilərin barmaqlarında
mürəkkəbin yoxlanması və mürəkkəblənməsi prosedurlarında şəffaflığın təminatı ilə əlaqədar məntəqə
sədrlərinə məlumat veriblər. Bir neçə məntəqədə seçiciyə səs vermək üçün zəruri sənədi olmadığı halda bülleten
verildiyi müşahidə olunub. Məntəqə
sədrlərinin müdaxiləsindən sonra yaranmış problemlər aradan qaldırılıb.
Səsvermə sakit məcrada,
insidentsiz davam edir».
Jurnalist-QHT
Koalisiyası növbəti məlumatını saat 20.00-da yayacaq.