Ziyarətdə olan azərbaycanlı zəvvarlar Məkkənin "Ənnuzha” otelində yaradılmış seçki məntəqəsində səs verirlər. QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də artıq səs verib. Onun sözlərinə görə, zəvvarlar yüksək fəallıq nümayiş etdiriblər.
QMİ sədri ANS-ə açıqlamasında müqəddəs yerdə olmağı nəsib etdiyi üçün Allaha dua etdiyini bildirib. "Deyə bilərək ki, bu gün ən şərəfli günlərdən biridir. Bu cür şərəfli gün nə Səudiyyə Ərəbistanı, nə də Azərbaycanın müstəqillik tarixində olub. Bu gün biz prezidenti yox, gələcəyimizi, haqqı seçdik".