Paytaxt Bakıda seçkilər üzrə ən yüksək aktivlik 13 Saylı Xəzər Pirallahı Seçki Dairəsi ilk pilləni tutub. Seçkilər İnformasiya Mərkəzindən verilən son məlumata görə, orada seçicilərin ümumilikdə 20,9% -i səsverməyə qatılıb. Lakin 2 saat ərzində 33 Saylı Xətai rayonu 1-ci Seçki Dairəsində yalnız 9,29 % seçicisi səsverməyə qatılıb. 

Qəbələlilər bu iki saat ərzində səsvermə prosesində daha aktiv iştirak edirlər. Bölgələr üzrə səsvermənin sayına görə ilk pillədədirlər 24,72 %. Amma Kəpəz rayonu 2-ci Seçki Dairəsi bu pillədə 10,24 % səslə sonuncudur”.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00, və 19:00-da ilkin məlumatlar yayır.