Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov seçici aktivliyi ilə bağlı saat 10:31-ə olan ilkin nəticələri açıqlayıb.
Ölkə üzrə ən az seçici aktivliyi 33 saylı Xətai birinci seçki dairəsində 9,29 faiz olub. Ən yüksək seçici fəalllığı 116 saylı Qəbələ seçki dairəsində 24,72 faiz olub.
Ən aktiv seçici fəallığı olan bölgələr şimal şərq, cənub, Naxçıvan, Qarabağ bölgəsində müşahidə olunmaqdadır.
Paytaxt üzrə ən çox seçici aktivliyi 13 saylı Xəzər-Pirallahı seçki dairəsindədir- 20,9 faiz.
Ən az seçici aktivliyi isə 33 saylı Xətai seçki dairəsindədir- 9, 29 faiz.
Bölgələr üzrə isə ən az seçici aktivliyi Kəpəz birinci seçk dairəsindədir- 10,24 faiz. Ən çox seçici aktivliyi isə 116 saylı Qəbələ seçki dairəsi- 24,72 faizdir.