Məzahir Pənahov seçkilərə hazırlıq barədə qonaqlara ətraflı məlumat verib və bildirib ki, seçki məntəqələrinin hamısı beynəlxalq standartlara cavab verən avadanlıqla təmin olunub. Məntəqələr səsvermə prosesinə tam hazırdır. Əvvəlki illərdən fərqli olaraq bu seçkilərdə gözdən əlillərin və hərəkət məhdudiyyəti olanların iştirakını təmin etmək üçün müəyyən tədbirlər görülüb. Bu qəbildən olan insanların səsvermə hüququnun təmin edilməsi üçün hər cür şərait yaradılmış, məntəqələrdə panduslar quraşdırılıb. Görmə qabiliyyəti zəif olan insanlar üçün Brayl əlifbası ilə bülletenlər də hazırlanıb.
MSK-nın sədri deyib: "Seçkilərə hazırlıq çox yüksək səviyyədə aparılmışdır. Bunu beynəlxalq müşahidəçilər bizimlə görüşlərində də söyləyirlər. İnanırıq ki, seçkilərin sonuncu mərhələsini də uğurla başa vuracağıq”.
Nümayəndə heyətinin üzvü Oleq Lebedev bildirib ki, MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri Azərbaycanın paytaxtında və regionlarında olublar. Onlar artıq aralıq hesabat da hazırlanıblar. Bu gün isə MDB-yə üzv olan daha 7 ölkədən qısamüddətli müşahidəçilər gəliblər. Onlar da paytaxt Bakı və regionlarda olacaq, səsvermənin gedişini izləyəcəklər. İnanırıq ki, seçkilər uğurla başa çatacaq.