Əməkdar artist Elnur Zeynalovun başqa bir peşəsi ortaya çıxıb.
Xanəndə polis mayoru formasında çəkdirdiyi şəkilini sosial şəbəkə hesabından paylaşıb.
Məlum olub ki, Elnur Zeynalov 2019-cu ilin 4 oktyabr tarixində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Patrul Xidməti Alayının 9-cu tağımının baş inspektoru təyin edilib.
Qeyd edək ki, bu təyinat zamanı əməkdar artist hələ kapitan rütbəsini daşıyırdı/Milli.az.
Yayılan bu xəbərlə bağlı E.Zeynalova yaxın şəxslər Mia.az-a deyib ki, belə bir təyinat olmayıb: "Xəbər yalandır".