Hadisə prezident seçkisinin mühüm mərhələsinə düşdüyünə görə bunu ictimailəşdirmədik, diqqəti seçki kampaniyasından yayındırmaq istəmədik. Seçkidən sonra əmlakımızın qaytarılması üçün dövlət orqanlarına müraciət edəcəyik”.
Eldar Namazov əlavə edib ki, EL hərəkatının partiya çevrilməsi ilə bağlı müzakirələr aparıblar: "Hərəkat daxilində partiya formatına keçməyin tərəfdarları da, bununla bağlı mövqeyini tam müəyyənləşdirməyənlər də var. Mən də müzakirələrdə iştirak edirəm. Hər tərəfin öz arqumenti var. Prezident seçkisinin başa çatmasını gözləyirik. Belə qərara gəlmişik ki, ilin sonunadək İdarə Heyətində, Məclisdə və rayon təşkilatlarında partiyaya çevrilmək məsələsini müzakirə edək. 2014-cü ilin əvvəlində EL-in qurultayını keçirməyi planlaşdırırıq. Son qərar qurultayda veriləcək.
EL hərəkatı yalnız prezident seçkisi üçün yaradılmayıb və gələcəkdə fəaliyyətini davam etdirəcək. Hərəkatda təmsil olunan bütün insanlar fəaliyyətin daha da gücləndirilməsinə tərəfdardır”.