Bu barədə rəsmi məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb. Ölüm faktlarının 40-ı Qahirədə baş verən toqquşmalarda qeydə alınıb.
Qeyd edək ki, Misirdə baş verən qanlı toqquşmalar ölkənin sabiq prezidenti Məhəmməd Mursi ilə onu tutduğu vəzifədən devirən general Əbdülfəttah Əl Sisinin tərəfdarları arasında baş verir. Misir Daxili İşlər Nazirliyi toqquşmalarda 423 Mursi tərəfdarının saxlanıldığını bəyan edib.