ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın şəxsi köməkçisi koronavirusa yoluxub.
CNN xəbər verir ki, son iki aydır xəstələndiyinə görə məsafəli çalışan köməkçi əslində müvafiq testi ehtiyat tədbiri kimi veribmiş.
İvanka Tramp və yoldaşı Cared Kuşner isə ötən gün testdən keçiblər və nəticələri mənfi çıxıb/Report.