İranda daha 55 nəfər koronavirusdan ölüb.
Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə virusdan ölənlərin sayı 6541 nəfərə çatıb:
"Ötən gün daha 1556 nəfərdə koronavirus aşkarlanıb ki, bununla da yoluxanların sayı 104691 nəfərə yüksəlib".