Xarici ölkələrdə 45 Gürcüstan vətəndaşı koronavirusa yoluxub.

Bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 13-ü dünyasını dəyişib.

XİN başçısı qeyd edib ki, koronavirus pandemiyası dövründə Gürcüstan 10 mindən çox vətəndaşının vətənə təxliyəsini təmin edib./Report