Rusiyada son bir gündə daha 10699 nəfər koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 187 859 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 98 nəfər artaraq 1723-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 26 608 nəfər sağalıb.