Ermənistanda daha 102 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər ölüb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 884-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 42-yə çatıb.
Bundan başqa, indiyədək 1 185 nəfər koronavirusdan sağalıb/Report.