Ukraynada daha 507 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 13 691-ə çatıb.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 340-a yüksəlib.
İndiyədək Ukraynada 2 396 nəfər koronavirusdan sağalıb/Report.