Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 649 nəfər artıb.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 30 076 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 6 111 nəfər artaraq 201 101 nəfərə yüksəlib.