Türkiyədə yeni növ koronavirusdan daha 64 nəfər ölüb.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Bildirib ki,, son 24 saatda 30 303 şübhəli koronavirus testindən keçib, onlardan 2253-nün cavabı pozitiv çıxıb: "Türkiyədə yeni növ koronavirusdan indiyədək 3584 nəfər ölüb, 131 744 nəfər bu infeksiyaya yoluxub, 78 202 nəfəri isə müalicə olunub. Bu gün 4917 xəstə evə buraxılıb".