Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovaya koronavirus diaqnozu qoyulub.
“RİA Novosti” xəbər verir ki, bunu Nazirliyin mətbuat katibi Anna Usaçova deyib.
“Olqa Lyubimova distant işləyir. COVID-19 testinin sonucları pozitiv çıxıb. Nazir hazırda evdədir, videokonfrans rejimində işgüzar iclas keçirir, görüş və danışıqlarda onlayn formatda iştirak edir”, - A.Usaçova bildirib.
Onun sözlərinə görə, nazir xəstəliyi yüngül keçirir, ona görə də xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, daha öncə Rusiyanın baş naziri Mixail Mişustin və inşaat naziri Vladimir Yakuşevə koronavirus diaqnozu qoyulub/Report.