Ukraynada son sutkada 487 nəfər koronavirusa yoluxub.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 13 min 184 nəfərə çatıb: "Bunlardan 905-i uşaq, 2251-i isə tibb işçisidir".
Ölkədə son sutka ərzində koronavirusdan 11 nəfər ölüb.
Ümumilikdə, koronavirusdan ölənlərin sayı 327 nəfərdir.