Ermənistanda daha 163 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 782-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb.

Bundan başqa, indiyədək 1 135 nəfər koronavirusdan sağalıb/Report.