Doğru Yol Partiyası bəyanat yayıb. MİA-ya daxil olan bəyanatda qeyd olunur: Əziz Həmvətənlər! Bilirsiniz ki, bir ay öncə Azərbaycanda mühafizəkar- demokrat ideoloji xəttini müdafiə edən Doğru Yol Partiyasının yaradılması üçün təşkilat komitəsi yarandı. Bizim məqsədimiz Xalqımıza məxsus siyasi, mənəvi, mədəni dəyərlərimizi mühafizə etmək, onları qoruyub saxlamaq və təbliğ etməklə yanaşı yeni bir idarəçilik sistemini bərpa edib hüquqi cəmiyyət yaratmaqdır. Mövcud durumda nə qədər çətin olsada biz müqəddəs amal uğrunda yola çıxdıq.
Müstəqilliyinin
gənclik dövrünü yaşayan dövlətimizin, ictimai-siyasi,
sosial- iqtisadi sahədə
atdığı kövrək addımları sürətləndirmək üçün, daha çevik və zamanın tələblərinə
uyğun siyasi institutlar formalaşdırmaq sosial tələbə çevrilmişdir. Demokratik
siyasi islahatlar tələb edən cəmiyyətimiz prezident seçkisi mərhələsini
yaşayır. Hər bir seçki, növbəti dövrün inkişafının başlanğıcıdır. Kifayət qədər normal seçki
ənənəsi olmayan Azərbaycanda siyasi platformasına, siyasi vədlərinə görə
prezidentliyə namizədlər rəngarənglik təşkil edirlər. Bu dövlətçiliyimizin
formalaşmasında çox müsbət hal kimi qiymətləndirilməlidir. Amma təəssüf ki,
hələdə bəzi siyasi mərkəzlər gedən proseslərdə şlaqbaum rolu oyanamaqdan
yorulmur, cəmiyyətin dəyişiklik tələblərini görməzlikdən gəlirlər. Bütün müsbət
və mənfi hallara baxmayaraq seçkinin keçirilməsinə məsul iqtidar və hakmiyyətə
gəlmək üçün seçkidə iştirak edən qüvvələr xalqımız qarşısında məsuliyyətlərini
unutmamalı, prosesin normal, qanunauyğun formada bitməsinə səylər
göstərməlidirlər.
Doğru Yol Partiyası olaraq 09
oktyabr tarixində keçiriləcək prezident seçkisini iqtidar və müxalifət arasında
yeni siyasi nizamın, münasibətin yaradılmasının başlanğıcı nöqtəsi kimi qiymətləndiririk. İqtidarın müxalifətə,
müxalifətin isə iqtidara münasibətində qanunauyğunluqlar bərpa edilməli,
hakmiyyət uğrunda siyasi mübarizədə dövlətçiliyimizə təhlükəli olan elementlər
aradan qaldırılmalıdır.
Doğru Yol Partiyası olaraq
xalqımızın, siyasi qüvvələrin seçkidə aktiv iştirakını zəruri hesab
etdiyimizdən, seçki prosesindən siyasi qüvvə olaraq kənarda qalmamaq üçün Doğru
Yol Partiyasının təşkilat komitəsi bir neçə həftə əvvəl daxili müzakirələrə
başlamışdır. Səmərəli müzakirələrdə bütün namizədlərin platformaları,
dövlətimizin gələcəyi, siyasi sistemin perspektivi ilə bağlı planları təhlil
edilmişdir. Əksər namizədlərin qabiliyyəti, dövlətimizə, xalqımıza verəcəyi
siyasi töhvələr müsbət qiymətləndirilmişdir. Bütün namizədlərə uğur arzulamaqla
yanaşı Doğru Yol Partiyası keçmiş siyasi
fəaliyyəti, dövlətin ali mərtəbəsində tutduğu vəzifə dönəmində şəffaflığa,
ədalət prinsipinə söykənib vəzifə borcunu layiqincə yerinə yetirən, görkəmli
siyasi xadim, ziyalı şəxsiyyət Ədalət partiyasının sədri İlyas İsmayılovu
müdafiə etmək qərarı verdi. Hesab edirik ki, partiyamızın qərarının doğruluğu, Azərbaycanın gələcək siyasi
həyatında baş verən dəyişikliklər zamanı təsdiqini tapacaq. Allah
Azərbaycanımızı qorusun !