Keçmiş deputat Milli Məclisdəki vəzifəsindən azad edilib.
Mia.az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Sərəncamla Rifət Ağalarov Milli Məclis Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini vəzifəsindən azad olunub. O, təqaüdə göndərilib.
Qeyd edək ki, R.Ağalarov II çağırış (2000 – 2005) Milli Məclisin deputatı olub.