Azərbaycan Televiziyasının (AzTV) efirində bu gündən etibarən yeni layihə yayımlanacaq.

“Gündəlik” adlı proqram həftəiçi hər gün saat 16.30-dan efirdə olacaq. Verilişdə ölkə və dünya gündəmində olan hadisələr şərh olunacaq, müxtəlif maraqlı rubrikalar təqdim ediləcək.

Proqramın aparıcıları Nərgiz Cəlilova, Kamran Ağabalayev və Şaiq Ağayevdir. (Axşam.az)